Azər-Türk Bank fəaliyyətinin 18 illiyini qeyd edir | Banco.az

Azər-Türk Bank fəaliyyətinin 18 illiyini qeyd edir

“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Nəzərinizə çatdıraq ki, Bankımız Türkiyə Respublikasının Ziraat Bankı, Azərbaycan Respublikasının Aqrarkredit Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və Turanbank ASC tərəflərindən təsis edilmişdir . 

Azər-Türk Bank heyəti daima müştərilərinin etibarlı ünvanı olması üçün çalışmaqdadır. Bank yüksək motivasiyalı və şəffaflıq prinsiplərinə uyğun fəaliyyət göstərən komandaya sahibdir.
Bildirmək istərdik ki, Azər-Türk Bank 18 illik yubileyi çərçivəsində kredit kartlarda endirim aksiyasını 15 avqust 2013-cü il tarixinə qədər davam etdirəcəkdir. Qeyd edilən müddət ərzində müştərilər kredit kartlarımızı 50% endirimlə əldə edə biləcəklər. Kredit kartlarımızın illik faizi 22%, maksimal müddəti 3 il təşkil edir. Bu kartlar vasitəsilə dünyanın istənilən nöqtəsində ödəmə edə bilərsiniz. Kredit kartlarını almaq üçün ərizəyə tələb olunan sənədlərlə ən yaxın filialımıza müraciət etməniz kifayətdir.
Bütün mobil operator və şəhər nömrələri istifadəçiləri iş günləri ərzində 945 nömrəsinə zəng edərək və yaxud istənilən vaxtwww.azerturkbank.biz rəsmi saytına müraciət edib, lazımi məlumatları əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et