AYİB və DəmirBank Azərbaycanda orta və kiçik sahibkarlığın inkişafını dəstəkləyir | Banco.az

AYİB və DəmirBank Azərbaycanda orta və kiçik sahibkarlığın inkişafını dəstəkləyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)  özəl sektorun inkişafına dəstək vermək məqsədilə Azərbaycanın aparıcı özəl banklarından  olan DəmirBank-a 42 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit  təşkil edib.

Bu vəsaitin 13 milyon ABŞ dolları AYİB tərəfindən ayrılmış, 29 milyon ABŞ dolları isə digər Banklardan sindikatlaşdırılmışdır. Ayırlmış vəsait DəmirBankın orta və kiçik sahibkarlarlığın maliyyələşdirilməsi imkanlarını daha da genişləndirəcəkdir. Sindikatlaşdırılmış vəsaitlərin bir hissəsi üzrə müddət 5 il müəyyən olunub ki, bu özəl Azərbaycan bankına bu günədək ayrılmış ən uzun müddətli investisiyadır.

“DəmirBanka ayrılan iki böyük  həcmli  kreditlə bizim bu il ərzində Azərbaycana yatırdığımız sərmayələrin ümumi  həcmi  255 milyon ABŞ dollarına çatıb. Bu məbləğ 2013-cü il ərzində yatırılan toplam sərmayələrin həcmindən daha çoxdur . Biz mikro, kiçik və orta sahibkarlıqdan başlamış iri infrastruktur layihələrinədək  ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə yatırırıq və özəl sektorun gələcək  inkişafını  dəstəkləmək  üçün DəmirBank ilə birgə əməkdaşlığımızdan məmnunuq” deyə AYİB-in Bakı ofisinin rəhbəri  Nil MakKeyn bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Sindikatlaşdırılmış kredit əldə etmək imkanı DəmirBankın maliyyə mənbələrinin genişləndirilməsinə çox böyük kömək edir  və KOM-ları  uzunmüddətli və ucuz maliyyələşmə imkanı  ilə təmin edir. Bütün bunlar DəmirBank-a  tərəfdaşlarının etimadının daha da artmasına öz töhvəsini verir.

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et