Avropa İnvestisiya Bankı AccessBank-a 20 mln Avro məbləğində kredit ayırıb | Banco.az

Avropa İnvestisiya Bankı AccessBank-a 20 mln Avro məbləğində kredit ayırıb

Ayrılan vəsaitlər ölkənin özəl sektorunun inkişafına dəstək olacaq

Avropa İnvestisiya Bankı (AİB) AccessBank-a 20 milyon Avro məbləğindəikincikreditayırıb. AccessBank təqdim olunan vəsaitləri Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin kreditləşdirilməsinə yönəldəcək. Bank ölkədə mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı maliyyə təşkilatı olduğundan, bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək.

«2014-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bizim yaxın tərəfdaşımız olan AİB-in dəstəyini yüksək qiymətləndiririk. Bu sövdələşmə hazırki dəyişkən iqtisadi şəraitdə AİB-in bankımıza olan yüksək inam və etimadını əks etdirir və bir daha AccessBank-ın beynəlxalq partnyorları tərəfindən güclü dəstəyə malik olduğunu təsdiq edir”, - AccessBank-ın İdarə Heyətinin Sədri Michael Hoffmann şərh edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu kredit AİB-in Xarici Kreditləşmə Mandatının vəzifələrinin bir hissəsidir. Bu Mandat yerli özəl sektorun inkişafına, xüsusilə KOB müəssisələrinin, sosial və iqtisadi infrastrukturun dəstəklənməsinə, eləcə də iqlim dəyişikliklərinin yumşaldılmasına və uyğunlaşmasına yönəldilib

Ən sərfəli krediti almaq üçün müraciət et