“AtaBank”ın konsolidasiya prosesi uğurla tamamlanıb | Banco.az

“AtaBank”ın konsolidasiya prosesi uğurla tamamlanıb

İyunun 1-də “Caspian Development Bank”ın “AtaBank”a qoşulması, bankların konsolidasiya prosesinin gedişatı və ilkin nəticələrinə həsr edilmiş mətbuat konfransı keçirilib. Tədbirdə “AtaBank”, “Synergy Group” və “PricewaterhouseCoopers” şirkətinin rəhbərliyi iştirak edib.

Tədbiri giriş sözü ilə açan "AtaBank" İdarə heyətinin sədri Dəyanət Quliyev ölkənin bank sektorunda ilk konsalidasiya prosesinin uğurla başa çatdığını, “AtaBank” və “CDB” bankın birləşməsi nıticəsində bank sektorunda keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və güclü maliyyə göstəricilərinə malik, 100 faiz yerli kapitallı bir bankın ərsəyə gəldiyini qeyd edib. Onun sözlərinə görə, bankların resurslarının birləşdirilməsi nəticəsində kifayət həcmdə maliyyə ehtiyatları formalaşıb, bankın kapital mövqeyi möhkəmlənib, müştərilərin banka etimadı artıb.

Bu prosesin maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsinin hədəflərinə cavab verdiyini, ölkə rəhbərliyinin bankların yüksək dünya standartlarına cavab verməsi, bu məqsədlə konsolidasiya siyasətinin davam etdirilməsinin zəruriliyi ilə bağlı tövsiyələri çərçivəsində həyata keçirildiyini qeyd edən D.Quliyev bank sektorunda başlanmış islahatların və konsolidasiya proseslərinin ümumilikdə maliyyə sisteminin sağlamlaşdırılmasına müsbət təsir etdiyini və ölkənin davamlı iqtisadi inkişafına xidmət etdiyini bildirib.

Bankın strateji hədəfinin geniş müştəri kateqoriyasına fokuslandığını vurğulayan D,Quliyev uğurlu korporativ menecment sayəsində bankın 2017-ci ilin ötən müddəti ərzində 2,5 milyon manatlıq mənfəətə çıxdığını və bununla da 2016-cı ilin illik göstəricilərini artıq 2 dəfədən çox qabaqladıqlarını diqqətə çatdırıb. Bildirilib ki, hazırda “Atabank”ın xarici kreditorlar qarşısında heş bir öhdəliyi yoxdur.

"AtaBank" İdarə Heyəti sədrinin müavini Etibar Babaşlı “Caspian Development Bank”ın “AtaBank”la konsolidasiyası prosesinin uğurla tamamlandığını, bankın kapital mövqeyinin möhkəmləndiyini, likvidliyinin yüksəldiyini qeyd edib. Prosesin korporativ idarəetmə sisteminin ən yüksək standartları çərçivəsində aparıldığını bildirən E.Babaşlı konsolidasiya prosesi nəticəsində maliyyə dayanıqlığı göstəricilərinin qanunvericiliyin müəyyən etdiyi kriteriyalara uzlaşdırıldığını, bankın sağlam və effektiv fəaliyyətinin təmin edildiyini vurğulayıb.

E.Babaşlının sözlərinə görə, konsolidasiyadan sonra “AtaBank”ın bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Bankın cəmi kapitalı 142.8 mln. təşkil etməklə ölkə bankları arasında 4-cü mövqeni tutur (inteqrasiya prosesindən öncə 18-ci yer). Bankın aktivləri əvvəlki illə müqayisədə 29.8% artıb və 607.3 mln. manat təşkil edərək ölkənin 31 bankı arasında 14-cü yerdən 8-ci yerə qalxmağa imkan verib.

Ən sərfəli kredit üçün müraciət et

Prosesin birləşmiş bank üçün sinerji effekti verdiyi və uğurlu nəticələr yaratdığı vurğulanıb. Konsolidasiya prosesi nəticəsində “AtaBank”ın müştəri bazası əhəmiyyətli dəyişikliyə uğrayıb. Bankın konsolidasiya prosesi müştərilərin inamının artmasına, xidmətin yaxşılaşdırılmasına, etibarın möhkəmlənməsinə imkan verib. Nəticədə bankın xidmət etdiyi fiziki şəxslərin sayı 11.9%, hüquqi şəxslərin sayı isə 15.9% artıb. Müddətli əmanət portfelinə görə, banklar arasında 6-cı yerdə sıralanan “AtaBank” ASC-də fiziki şəxslərin əmanətləri 222,7 mln. manata çatıb ki, bu da bank sektorunda 6-cı mövqedir.

Bankın xidmət və maliyyə infrastrukturu möhkəmlənib. Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci, ATM şəbəkəsinə görə 3-cü, POS-terminal sayına görə isə 1-ci yerdə qərarlaşıb. “AtaBank” ASC-ninbugünəkreditportfeli 546,1mlnmanattəşkiledir. E.Babaşlınınsözlərinəgörə, bugöstəriciyəgörətəmsiletdiyikredittəşkilatıölkəbanklarıarasında 4-cü yerdədir.

Aktivlərin qiymətləndirilməsinin aparılmasına məsul olan “PwC” şirkəti ilə birlikdə prosesin maksimal tez müddətdə, müştərilər üçün fasiləsiz, menecment üçün çevik və rahat şəkildə həyata keçirildiyini bildirən E.Babaşlı qarşıya qoyulmuş əsas məqsədə - yüksək səmərəli, cəlbedici müştəri xidməti, daha güclü və dayanıqlı bank yaradılmasına nail olunduğunu söyləyib. Birləşmə prosesi zamanı ilkin mərhələdə qiymətləndirmənin aparıldığı, mövcud maliyyə, hüquq, kommersiya vəziyyətinin yoxlanıldığı və inteqrasiya prosesinin yol xəritəsinin hazırlandığını qeyd edilib.

“PricewaterhouseCoopers” şirkətinin təmsilçisi Mövlan Paşayev bildirib ki, son bir neçə ay ərzində Azərbaycanda ilk hüquqi qoşulma prosesinə dəstək olmaq məqsədilə “AtaBank” və “CDB” Bank ilə yaxından əməkdaşlıq edilib. Prosesin mürəkkəbliyini nəzərə alaraq və konsolidasiya prosesinin müxtəlif istiqamətlərini (hüquq, vergi, audit və texnologiya, insanlar və dəyişikliklərin onlara təsirinə dair məsləhət xidmətləri və s.) paralel və sürətli şəkildə aparmaq məqsədilə “PwC” tərəfindən bir sıra müxtəlif ekspertlər layihəyə cəlb edilib. İnteqrasiya prosesinin uğurla başa çatdırılması məqsədilə bank sektoru üzrə ən qabaqcıl təcrübələrə müraciət edilib və prosesin mümkün qədər səlis və problemsiz, həmçinin biznes fəaliyyətini dayandırmamaq şərti ilə keçməsi təmin edilib. M.Paşayevin sözlərinə görə, hazırda banklar hüquqi cəhətdən qoşulmuş və vahid bank qismində fəaliyyət göstərir. Qoşulmadan sonraki integrasiya proseslərin həyata keçirilməsinə biznesin inkişafı və optimallaşdırılması zamanı “AtaBank”la uğurlu əməkdaşlığın davam edəcək".

Mətbuat konfransında KİV nümayəndələrinin sualları cavablandırılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et