"AtaBank"ın Gəncədə yeni şöbəsi açıldı. | Banco.az

"AtaBank"ın Gəncədə yeni şöbəsi açıldı.

Gəncə şəhərində “AtaBank” ASC-nin yeni şöbəsinin açılışı olub. Totanlı küçəsində yerləşən Mərkəzi Klinika Gəncə Xəstəxanası  daxilində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir. 

Yeni xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur. 

"AtaBank"-ın  "MKX-Gəncə" şöbəsi bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 17:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə şöbə 10:00-dan 15:00-dək işləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir."AtaBank"-ın yeni "MKX-Gəncə" şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.
"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com/

Ən sərfəli krediti almaq üçün müraciət et