“AtaBank”a “MasterCard”dan xüsusi mükafat təqdim edilib! | Banco.az

“AtaBank”a “MasterCard”dan xüsusi mükafat təqdim edilib!

23 may 2017-ci il tarixində Bakı şəhərində yerləşən “Four seasons” otelində “MasterCard” beynəlxalq ödəniş sistemi tərəfindən konfrans keçirilmişdir.

2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC “Təmassız POS-terminal  sayı ən yüksək olan bank” nominasiyasında qalib gələrək xüsusi Diplomla təltif edilmişdir. 

MasterCard” beynəlxalq ödəniş sisteminin rəsmi nümayəndələri “AtaBank” ASC-nin bu istiqamətdə gələcəkdə daha böyük uğurlara nail olmasını arzu etmişdir.

“AtaBank” ASC əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda “AtaBank” ASC-nin POS-terminallarınınsayı 18 000-dən artıqdır.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

“AtaBank” ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com  və www.facebook.com/atabank  ünvanlarına müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et