“AtaBank”-ın Korporativ Sosial Məsuliyyət layihələri davam edir. | Banco.az

“AtaBank”-ın Korporativ Sosial Məsuliyyət layihələri davam edir.

“AtaBank” ASC-nin Korporativ Sosial Məsuliyyət layihələri davam edir. Bu dəfə 200-dən artıq azyaşlı və məktəbli uşaqların qaldığı Şağan qəsəbəsində fəaliyyət göstərən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsiziyarət edildi.

Valideyn himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşıladılar. “AtaBank” ASC tərəfindən uşaqlar üçün bayram süfrəsi təşkil olunmuşdur.

Beləcə,bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkli çəkildi.

Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et