“AtaBank” bədii gimnastika üzrə 30-cu Avropa çempionatında bank xidmətləri göstərəcək | Banco.az

“AtaBank” bədii gimnastika üzrə 30-cu Avropa çempionatında bank xidmətləri göstərəcək

2014-cü il iyunun 13-15-də  Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatında “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərəcək. 3 gün boyunca davam edən çempionatda “AtaMatik” Milli Gimnastika Arenasının qarşında dayanaraq iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq. “AtaMatik” səyyar bankomatı vasitəsilə  hər kəs bank kartı vasitəsilə nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara biləcək.

Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü – İcraçı direktor Elnur Osmanov bildirib ki,  “AtaHolding” ASC-nin baş  sponsoru  olduğu   Gimnastika  üzrə 30-cu Avropa  çempionatında iştirakçılara  bank xidməti göstərməkdən yalnız fəxr duyuruq.  Elnur Osmanov bundan əlavə “İnanırıq ki, əvvəllər Bakıda keçirilən yarışlarda xalqımızı medallarla sevindirən gimnastlarımız  yenə öz bacarıqlarını nümayiş etdirərək, komandamıza mükafatlar qazandıracaqlar. Hər idmançımıza uğurlar arzulayır, azarkeşlərimizi zalda onlara dəstək olmağa çağırırıq.  “AtaBank” ASC daima idmançılarımız və azarkeşlərimizlə birgədir” deyərək qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et