“AtaBank” ASC “Milli Kinomuz” adlı müsabiqəyə başlayıb | Banco.az

“AtaBank” ASC “Milli Kinomuz” adlı müsabiqəyə başlayıb

“AtaBank” ASC “Milli Kinomuz” adlı müsabiqəyə başlayıb.  Müsabiqənin şərtlərinə görə, müsabiqə iştirakçıları “AtaBank” ASC-nin facebook səhifəsinin fanı olmalı, Facebook səhifəsində yerləşəcək videonu öz səhifənizdə paylaşmalı və verilmiş suala düzgün cavab yazmalıdır.Suala tam və dolğun cavab verən ilk fan 50 manatlıq Visa Electron kartı əldə edəcək. “AtaBank”  müsabiqəni  Azərbaycanın mərhum sənətkarı, dahi xalq artisti, “Şərəf” ordeni ilə təltif olunmuş milli kinonun  əvəzsiz incilərindən biri Səyavuş Aslanın xatirəsinə həsr edib.  “AtaBank” sosial şəbəkələrdə fəaliyyətini yalnız facebook-la məhdudlaşdırmır. Müştərilər twitter, youtube, linkedin, google+ və digər populyar sosial şəbəkələrində də  bankın rəsmi səhifələrini görə bilərlər.          Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər internet səhifəmizi ziyarət edə bilərlər –www.atabank.com.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et