“Amrahbank”ın 4-cü mkr. filialı yeni ünvanda | Banco.az

“Amrahbank”ın 4-cü mkr. filialı yeni ünvanda

“Amrahbank”ın  4-cü mkr. filialı Bakının Binəqədi ərazisində yaşayan dəyərli müştərilərinə göstərdiyi  bank xidmətlərini daha da optimallaşdırmaq, onlarla qarşılıqlı potensial əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə artıq Binəqədi filialı adlandırılaraq yeni ünvanda, Binəqədi    r-nu, Pişəvari küç. 3245-ci məhəllədə fəaliyyət göstərəcəkdir.

Müasir tələblərə cavab verən Binəqədi filialı həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətlərini, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köçürmələri, Visa, Mastercard tipli beynəlxalq plastik kartlar ilə əməliyyatlar, valyuta mübadiləsi, kassa-hesablaşma əməliyyatları və s. xidmətləri təklif edir.

Açılış mərasimində iştirak edən İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab Emil Həsənov tədbir iştirakçılarını salamlayaraq 2013-cü ildə 20 yaşı tamam olan “Amrahbank”ın son dövrlərdə əldə etdiyi uğurlarından bəhs etdi, ümidvar olduğunu bildirdi ki, “Amrahbank”ın Binəqədi filialı yeni ünvanda müştərilərinə daha da yaxşı xidmət göstərəcəkdir. Çıxışının sonunda cənab E. Həsənov 2014-cü ildə də hörmətli müştərilərə “Amrahbank”la birgə yeni-yeni zirvələrin fəth olunmasını arzu etdi. 

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Ən sərfəli krediti almaq üçün müraciət et