AGBank-dan Yeni il kampaniyası | Banco.az

AGBank-dan Yeni il kampaniyası

Bayram ərəfəsində, özlərini və yaxınlarını sevindirmək üçün, hər kəs hədiyyəllər, məişət avadanlıqları və sair əşyalar almağa tələsir. 
Bu səbəbdən, AGBank nağd pul kreditlərinə “Yeni il” adlı endirim kampaniyasını təklif edir. 
Kampaniya çərçivəsində, müştərilər 6000 manata qədər, 3 aydan 36 ayadək 3 % endirim ilə nağd pul əldə edə bilər. Aksiya 31 Dekabr 2013-cü il tarixinədək davam edəcək, özünüzü və yaxınlarınızı sevindirməyə tələsin! 
Bankın gənc və enerjili kollektivi müştərilərin suallarını cavablandırıb, 30 dəqiqə ərzində kredit rəsmiləşdirə bilərlər.

Qeyd edək ki, AGBank hətta digər banklarda kreditləri olan müştərilərə də kredit verir. 3% endirim ilə kreditlər bankın yalnız xüsusi yönümlü filiallarında verilir. Müştərilər aşağıda qeyd olan filiallara müraciət edə bilərlər: 
“Azadlıq Filialı”- Azadlıq pr.,31, Bakixanov küç. kəsişməsi (Koala Park ilə üzbəüz)
“1Saylı Ekspress Filialı”- Nizami ray-nu, Q.Qarayev və R.Rüstəmov, ev 59B, küç., kəsişməsi (Neftçilər m.stansiyası, McDonald’s binası), 
“Gəncə” Filialı - Gəncə şəh., H.Əliyev pr.,125
“Şamaxı” Filialı - Şamaxı şəh.,S.A.Şirvani küç.,67
“Yeni il” kampaniyasına dair daha ətraflı məlumatı 135 nömrəsinə zəng edərək ala bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et