AFB Bank ASC AFFA-nın dəstəyi və İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında keçirilən Futbol Liqasında 3-cü yerə layiq görüldü | Banco.az

AFB Bank ASC AFFA-nın dəstəyi və İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında keçirilən Futbol Liqasında 3-cü yerə layiq görüldü

FFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında keçirilən Futbol Liqası başa çatıb. AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilən son 3 qarşılaşmadan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Turnirin builki qalibi Embawood komandası olub. İkinci pilləni Comp US və HP, üçüncü yeri isə AFB Bank tutub. Hər üç komandaya kubok, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçulara diplomlar təqim edilib. Bundan başqa, Futbol Liqasının qalibinə 2000, ikinci pillənin sahibinə 1500, üçüncü yeri tutan komandaya isə 1000 manat məbləğində mükafat verilib. Komandalara kubok və mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə, “Qarabağ” klubunun və Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev təqdim edib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et