“AccessBank” MasterCard ödəniş sistemində prinsipial üzv statusunu alıb | Banco.az

“AccessBank” MasterCard ödəniş sistemində prinsipial üzv statusunu alıb

MilliKartda xidmət olunan “AccessBank” MasterCard ödəniş sisteminin prinsipial üzvü olmuş və “EMV chip cash acquiring” (ATM , bankın filialları) , “EMV chip retail acquiring” , “e-commerce acquiring”, “EMV chip issuing” lisenziyalarını əldə etmişdir.

Bu barədə MilliKartın saytında yerləşdirilmiş məlumatda deyilir.

“Beləliklə, MasterCard sisteminin üzvü olmaqla bank nağd vəsait verən terminallarında, filiallarında MasterCard beynəlxalq kartlarını qəbul edə biləcəkdir. Bundan başqa, bank ilə əməkdaşlıq edən ticarət və xidmət obyektləri ödəniş üçün MasterCard beynəlxalq kartlarını qəbul edəcəklər. Bankın bütün terminalları “EMV chip” texnologiyasını dəstəkləyir və bu da öz növbəsində əməliyyatların təhlükəsizliyini artırır”,-məlumatda qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

3D-secure (MasterCard Secure code) texnologiyası sayəsində internet məkanında tranzaksiyaları yüksək təhlükəsizlik ilə keçirmək üçün lisenziya isə bankın fəaliyyət dairəsini daha da genişləndirəcək.

Banka verilən “EMV chip issuing” lisenziyası ilə bank öz müştərilərinə MasterCard ödəniş sisteminin kartlarını təklif edə biləcəkdir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et