Accessbank-ın rəhbərliyində yeni təyinatlar olub | Banco.az

Accessbank-ın rəhbərliyində yeni təyinatlar olub

Anar Həsənov Bankın İdarə Heyətinin sədrinin birinci müavini təyin edilib

Anar Həsənov İdarə Heyəti sədrinin 1-ci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub. Bankçılıq sahəsində zəngin təcrübəyə malik olan A.Həsənov bundan öncə sədrin müavini vəzifəsini tuturdu. AccessBank-ın fəaliyyətə başladığı tarixdən etibarən Bankda çalışan A.Həsənov Bankın inkişaf etməsində böyük rola malikdir. O, İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb və, həmçinin, Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.

Bundanbaşqa, AccessBank-a 4 yeni icraçı direktor təyin edilib. Beləki, Elşən Pirmalıyev bankın Pərakəndə və biznes müştəriləri üzrə icraçı direktoru, Səbinə Qurbanova Rəqəmsal Bankçılıq və Məsafədən Xidmətlər üzrə icraçı direktor, Aynur Süleymanlı İnsan resursları, administrasiya və təhlükəsizlik üzrə icraçı direktor, Nizami Qədirov Risk idarəçiliyi və tədqiqatlar üzrəicraçı direktor təyin olunub.

Qeydedəkki, hazırda bankın 6 icraçıdirektoru var.

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç