AccessBank dördüncü ildir ki, ardıcıl olaraq Euromoney tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülür. | Banco.az

AccessBank dördüncü ildir ki, ardıcıl olaraq Euromoney tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülür.

AccessBank 11 iyul 2013-cü il tarixində Londonda Euromoney Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. Bu nominasiyada Bank artıq dördüncü ildir ki, bu mükafatı qazanır.

Maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Euromoney mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur. Mükafat bankın nəticələri, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin müşahidələri nəticəsində əldə olunan məlumatlar əsasında təqdim edilir.

Ən sərfəli kredit üçün müraciət et

AccessBank-ın Baş Meneceri Michael Hoffmann mükafatı şərh edərək deyib: "Biz ardıcıl olaraq dördüncü dəfə Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüldüyümüzdən çox məmnunuq. Bu nailiyyət, bizim gərgin əməyimizin və AccessBank-ın hər bir əməkdaşının verdiyi töhfə sayəsində əldə olunub."

Euromoney qrupuna, maliyyələşdirmə və bankçılıq üzrə ixtisaslaşan 100-ə yaxın müxtəlif şirkət daxildir. 1969-cu ildə şirkətin əsasını qoyan "Euromoney" jurnalı hər il Qrup tərəfindən nəşr edilir.

Ən sərfəli krediti almaq üçün müraciət et