AccessBank cəlbedici əmanət kampaniyasına başladı | Banco.az

AccessBank cəlbedici əmanət kampaniyasına başladı

Bankın 15 illiyi ilə bağlı növbəti silsilə kampaniya

Bakı, 06 iyun 2017.AccessBank 15 illiyi ilə bağlı müştəriləri yeni kampaniyalarla sevindirməyə davam edir. Bu gün Bank stabilliyə üstünlük verən müştərilər üçün “Sabit əmanət” kampaniyasına start verdi. Bu kampaniya sayəsində müştərilər manatla əmanət hesabı açıb, vəsaiti ABŞ dolları valyutasında da geri götürə bilərlər. Müştərilər istəklərinə uyğun olaraq həm əmanət müddətinin sonunda, həm də əmanət vaxtından əvvəl bağlanarsa bu imkandan faydalana bilərlər.

Kampaniya çərçivəsində açılan əmanətlərə 15%-dək faiz dərəcəsi tətbiq olunur. Bu təklifdən həm fiziki, həm də hüquqi şəxslər 30 iyun 2017-ci il tarixinədək yararlana bilərlər. Xatırladaq ki, AccessBank-da açılan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Ən sərfəli kredit üçün müraciət et

“Sabit əmanət” haqqındadaha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebooksəhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç