"ABB-Moskva"nın Müşahidə Şurasına yeni sədr təyin edilib | Banco.az

"ABB-Moskva"nın Müşahidə Şurasına yeni sədr təyin edilib

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı – Moskva”nın Müşahidə Şurasının rəhbərliyində dəyişiklik olub. Bankın Müşahidə Şurasının sədri vəzifəsinə Zaur Fəxrəddinoğlu Qaraisayev təyin edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Zaur Qaraisayev bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. 2017-ci iləqədər “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bu ilin yanvarından “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müşaviridir.

Ən sərfəli kredit üçün müraciət et

Daha bir dəyişikliklə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Aqşin Zəkərayoğu Əmirov "ABB-Moskva"nın Müşahidə Şurasının üzvü təyin edilib.

"ABB-Moskva" Bankı 2002-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə yaradılıb və universal kommersiya bankı kimi fəaliyyət göstərir. Bankın səhmləri Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et