8 mart münasibətilə xanım müştərilərin faiz borclarını sildi | Banco.az

8 mart münasibətilə xanım müştərilərin faiz borclarını sildi

Expressbank sosial yönümlü fəaliyyətinə uyğun olaraq 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə az təminatlı xanım müştərilərinin faiz borclarını sildi. Belə ki, kredit öhdəliyini yerinə yetirə bilməyən, uzun müddətdir ki, aylıq ödənişini vaxtında edə bilməyən xanımların faiz borcları Bank tərəfindən silindi.

“Bu layihə çərçivəsində az təminatlı, yaxınını itirmiş, xəstə ailə üzvü olan və daha çox maliyyə sıxıntısı keçirən bir sıra xanım müştərilərin faiz borclarını sildik. Məhz belə layihələr həyata keçirməklə ehtiyacı olan ailələrə kömək etmiş oluruq. Fürsətdən istifadə edərək, qarşıdan gələn 8 mart bayramı münasibətilə Expressbank adından xanımları təbrik edirik, onlara firavan həyat və sevincli günlər arzulayırıq” - deyə Expressbank-ın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank korporativ sosial məsuliyyət çərçivəsində olan layihələrə böyük önəm verərək, mütəmadi olaraq müxtəlif sosial tədbirlər həyata keçirir. Kimsəsiz qocalar və uşaq evlərini ziyarət, müxtəlif hədiyyə aksiyaları və s. qeyd etmək olar. Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır. 

Ən sərfəli krediti almaq üçün müraciət et