Vergilər Nazirliyi 5 aylıq gəlirlərin toplanmasını uğurla icra edib | Banco.az

Vergilər Nazirliyi 5 aylıq gəlirlərin toplanmasını uğurla icra edib

Dövlət başçısının son sərəncamları ilə əmək haqlarının ayrı-ayrı sahələr üzrə 20-40 faizlik artımı ümumilikdə 18,7 faizlik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışında bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 milyon manat (5,1 faiz) artırılıb. Həmin məbləğ nəticəsində Fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3 faizdən 32,8 faizədək azalması gözlənilir: "200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə də bu məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir. Dövlət Sosial Müdafiə Fondunda artım əmək haqlarının gəlirlərinin artmasından ibarət olur".

Ən sərfəli kredit üçün müraciət et

Deputat əlavə edib ki, bu ilin 5 ayında da Vergilər Nazirliyi tərəfindən gəlirlərin toplanması uğurla icra olunub: "Xüsusən fiziki şəxslərin gəlir vergisi sahəsində uğur əldə edilib. Fiziki şəxslərin gəlir vergisi sahəsində büdcənin özündə də artım nəzərdə tuta bilərdik. Hazırda artım nəzərdə tutulmadığı bir şəraitdə bu, yalnız dövlət büdcəsinin kəsirinin maliyyələşməsi üçün əlavə mənbə yaradacaq. Bu, Dövlət Neft Fondundan transfertin azalmasına səbəb ola bilərdi".

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et