Fransız şərabı dronlar sayəsində daha dadlı olur | Banco.az

Fransız şərabı dronlar sayəsində daha dadlı olur

Son zamanlar Fransanın cənubunda yerləşən Fronton bölgəsindəki üzüm bağlarının üstündə pilotsuz uçan aparatların uğultusu getdikcə daha çox eşidilir. Şərabçılar, xəstə bitkilərin axtarılması, məhsul proqnozu, üzümlüklərin xəritələrinin və digər məlumatların tərtib edilməsində əhəmiyyətli məlumatları toplamaq üçün göy üzünü fəal şəkildə mənimsəniyənlər sırasına daxil olublar.

“Delair UX11” pilotsuz uçan aparatlari Tuluza şəhərində yerləşən eyniadlı startapın mütəxəssisləri tərəfindən yaradılıb. Dronlarla yanaşı, burada da məlumatların təhlili üçün proqram təminatı hazırlanır. Təcrübə göstərir ki, müəssisə və şirkətlər toplanmış informasiya emalında kömək edən süni intellekt əsasında yüksək dəqiqlikli ölçmə və sistemlər üçün böyük pul ödəməyə hazırdırlar.

Ən sərfəli kredit üçün müraciət et

“Delair” baza modelinin eni-110 sm, çəkisi-30 kq, qiyməti-15 000 avrodur. 0.5 kv.km-lik sahənin üzərindən uçuşu və fotoşəklini çəkməsi bir dəqiqədən çox sürmür. Daha sonra bu şəkillərə əsasən, üç ölçülü oyun və “Google” xəritəsinin qarışığını xatırladan 3D kompüter görüntüsü yaradılır. Şərabçılar bu  fotoları öyrənərkən, yarpaqların görünüşünə görə bitkilər üçün gübrənin miqdarını təyin edirlər.

Daha bahalı model 200 000 avroya başa gəlir və əlavə radar növləri ilə fərqlənir. Modelə gecə görmə sisteminin quraşdırılması mümkündür. Bu funksinya üzüm yetişdirmək üçün çox olmasa da, daha çox qorunma və müşahidə üçün lazımdır. Bundan əlavə, bu pilotsuz uçan aparatın çəkisi 11 kq  daha ağırdır və onu səmaya buraxmaq üçün  katapult lazımdır.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et