Atəşgah Həyat | Banco.az

Atəşgah Həyat

 

Call center
(012) 940

Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” Sığorta Şirkəti 1998-ci ilin mart ayında təsis edilmiş və Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanununun yeni tələblərinə uyğun olaraq müstəsna olaraq həyat sığortası üzrə xidmətləri təqdim etmək üçün 2008-ci ilin dekabr ayında qeydiyyatdan keçmişdir.

Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir. “Atəşgah Həyat” SŞ sığorta xidmətlərini həm fiziki, həm də hüquqi şəxslərə təqdim edir.

“Atəşgah Həyat” SŞ “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu çərçivəsində Azərbaycanda ilk olaraq istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə müddətsiz lisenziya almışdır.

“Atəşgah Həyat” SŞ-də 40 nəfərdən artıq əməkdaş çalışır. Müştərilərə keyfiyyətli peşəkar xidmətlərin göstərilməsi məqsədilə şirkət əməkdaşları üçün daim təlimlərin keçirilməsini təmin edir.

Şirkətin müştəriləri sırasında BP, Statoil, Azeri M.I. Drilling kimi iri şirkətlər, Azercell, Bakcell, Azerfon kimi GSM operatorlar və digərləri vardır.

“Atəşgah” Sığorta Qrupuna daxil olan bir şirkət olaraq, “Atəşgah Həyat” SŞ öz xidmətlərini Bakıda fəaliyyət göstərən on üç ofis, habelə Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Mingəçevir, İsmayıllı, Salyan, İmişli və Bərdə şəhərlərində fəaliyyət göstərən ofislər vasitəsilə təqdim edir. 

“Atəşgah Həyat” SŞ sığorta xidmətlərini tərəfdaşlar şəbəkəsi vasitəsilə də təqdim edir. Şirkətin etibarlı tərəfdaşları sırasında Access Bank, Bank of Baku, DemirBank, YapıKredi Bank və bir çox digər maliyyə qurumları da vardır.

Daha çox
Veb sayt www.ateshgah.com
Ünvan Bakı şəh, AZ1110, Nəsib bəy Yusifbəyli küç. 75B
Telefon (+994 12) 497-81-82
Email [email protected]
CEO Əliyev Azər Əmiraslan oğlu
Müəllif: farid.islamov

Ən sərfəli krediti almaq üçün müraciət et