Expressbank | Banco.az

Expressbank

 

Call center
Tel: 132

Bankın yaranması və adı

Ölkənin ilk kommersiya bankı olan Expressbank 1989-cu ildə yaranıb və uzun müddət Azərnəqliyyatbank adı ilə fəaliyyət göstərib. 2008-ci ildə təşkilatı struktur daxil olmaqla Bankda dəyişikliklər baş verib. Bank 4 mart 2010-cu il tarixindən etibarən Expressbank kimi fəaliyyətini davam etdirib.

Beynəlxalq reytinq

Expressbank-a Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.

Bankın strateji baxışı

Expressbank-ın əsas məqsədi müasir bank texnologiyalarından istifadə etməklə, fərqli xidmət təqdim etmək və müştərilərdə məmnunluq yaratmaqdır. Bunun üçün Bankda peşəkar və motivasiyalı komanda fəaliyyət göstərir. Strateji hədəfləri rəhbər tutaraq fəaliyyətini davam etdirən Expressbank ölkənin stabil inkişaf edən və güclü maliyyə göstəricilərinə malik olan banklar sırasındadır.

Bankın missiyası

Expressbank fərqli xidmət göstərən, ölkədə geniş satış şəbəkəsinə malik və ön sıralarda olan aparıcı banklardan biridir. Expressbank daim müştəri xidmətinin keyfiyyəti, sürəti, rahatlığı baxımından inkişaf etdirilməsi üzərində işləyir və müştəri məmnunluğunu əsas məqsədlərindən biri hesab edir.

Bank xidmətləri

Expressbank müştərilərə geniş çeşiddə bank xidmətləri təklif edir: hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, bank kartları, təcili pul köçürmələri və s.

Xidmət şəbəkəsi

Expressbank-ın paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 600-dək ExpressPay ödəniş terminalı vardır. 

Beynəlxalq əməkdaşlıq

Expressbank MasterCard International və Visa International beynəlxalq ödəniş sistemlərinin, həmçinin SWIFT beynəlxalq banklararası ödəniş sisteminin üzvüdür. Bundan başqa Expressbank dünyanın digər tanınmış maliyyə institutları, bankları və fondları ilə hərtərəfli əməkdaşlıq əlaqələrini genişləndirir.

Əmanətlərin Sığortalanması

Expressbank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin Bankda yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Sosial-yönümlü fəaliyyət

Expressbank korporativ sosial məsuliyyət çərçivəsində olan layihələrə böyük önəm verərək, mütəmadi olaraq müxtəlif sosial tədbirlər həyata keçirir. Kimsəsiz qocalar və uşaq evlərini ziyarət, müxtəlif hədiyyə aksiyaları və s. qeyd etmək olar. Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır.

Mükafat və nominasiyalar

Expressbank 4 dekabr 2010-cu il tarixində “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” tərəfindən Biznes sahəsində 2010-cu ilin "Uğurlu rebrendinq" nominasiyasının qalibi olaraq, milli mükafatla təltif olunub.

Daha çox
Ünvan Bakı, AZ1069, Y.V.Çəmənzəminli 134C
Telefon (+994 12) 132
Filialı 15
Bankomatlar 59
Sayt www.expressbank.az
E-poçt [email protected]
CEO Mehman Məmmədov
Rekvizitlər

"Expressbank" Açıq Səhmdar Cəmiyyəti
Ünvan: Azərbaycan, Bakı, AZ1052, Y.V.Çəmənzəminli 134C
Tel.: 132
Faks: (99412) 561 26 88;
E-mail: [email protected]
VÖEN: 1500031691
M/H: AZ11NABZ01350100000000036944
Kod: 505099
S.W.I.F.T.: AZENAZ22

Müəllif: Samir Abdullayev

Ən sərfəli krediti almaq üçün müraciət et