İsveçrə Ukraynanın bərpası üçün 5 milyard avro vəsait ayıracaq | Banco.az

İsveçrə Ukraynanın bərpası üçün 5 milyard avro vəsait ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

İsveçrə hökuməti Ukraynaya uzunmüddətli dəstək çərçivəsində 12 il ərzində 5 milyard avro ayırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə Federal Şuranın saytında məlumat verilib.

“İlk addım olaraq 2028-ci ilə qədər beynəlxalq əməkdaşlıq büdcəsindən təxminən 1,5 milyard avro ayrılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.

2029-2036-cı illərdə Federal Şura əlavə 3,5 milyard avro cəlb edilə biləcək digər mənbələri (beynəlxalq əməkdaşlıq büdcəsindən başqa) araşdırmaq niyyətindədir.

Qeyd edək ki, Federal Şura həmçinin müvafiq nəzarət mexanizmləri daxil olmaqla, Ukrayna üçün birgə ölkə proqramının hazırlanması və bu proqramın strateji həyata keçirilməsi barədə göstəriş verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et