Birinci rübdə AccessBank-ın mənfəəti 3 dəfə artıb | Banco.az

Birinci rübdə AccessBank-ın mənfəəti 3 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank 2024-cü ilin 1-ci rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, AccessBank-ın xalis mənfəəti 2023-ci ilin eyni dövrünün nəticəsi ilə müqayisədə 11 milyon manat və ya 3 dəfə artaraq 16 milyon 522 min manata çatıb. 

Bankın aktivləri ötən ilin birinci rübü ilə müqayisədə 114 milyon 300 min manat və ya 9% artaraq bu ayın əvvəlinə 1 milyard 374 milyon 140 min manat təşkil edib. 

Hesabat dövründə bankın kredit portfeli 17,9% artaraq 1 milyard 35 milyon manata yüksəlib. Depozit portfelinin həcmi isə 965 milyon 388 min manata çatıb ki, bu da illik müqayisədə 1,7% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et